AZ

"Şahramanyan niyə Bakıda həbsdə deyil?" - Simonyan

"Şahramanyan niyə İrəvanda, digər rəhbərlər isə Bakıda həbsdədir?"

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib. 

O, Şahramanyanın baş nazir Nikol Paşinyanın Qarabağ ermənilərinin 2020-ci ildə qaçdığı barədə açıqlamasını xəyalpərəstlik adlandırmasına belə reaksiya verib: "Necə qaçmaq olar? Təkrar edirəm, "Dağlıq Qarabağ"ın qalan liderləri hazırda Bakıda həbsdədirsə, o, niyə İrəvanda müsahibə verir? Qoy sussun, nə qədər az danışırsa, bir o qədər çox fayda verir. Ona məsləhət görürəm ki, az danışsın və özünü ora-bura hansısa məmur kimi təqdim etməsin. O, məmur deyil, öz əli ilə imza atıb ki, məmur deyil və heç vaxt məmur olmayıb. İndi Ermənistan Respublikasının yüksək himayəsi altında belə davranmaq ən azından mənəvi cəhətdən düz deyil.

İndi hamı şirə çevrilib. Qoy az danışsın, belə şeylər deməyi tamamilə dayandırsın. Mən ona xəbərdarlıq edirəm, yerini bilsin". 

Ağarza Elçinoğlu 

Seçilən
28
36
unikal.az

10Mənbələr