AZ

Buşehrə ZƏRBƏ: AES əməkdaşı həlak oldu

Buşehr Atom Elektrik Stansiyasının (AES) yaxınlığına mərmi düşməsi nəticəsində stansiyanın mühafizəçilərindən biri həlak olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat verib. Bildirilib ki, hadisə nəticəsində stansiyanın əsas qurğularına zərər dəyməyib.

"Bu səhər, şənbə günü, təxminən saat 8:30-da (Bakı vaxtı ilə saat 9:00 - red.) Buşehr Atom Elektrik Stansiyasının (AES) hasarının yaxınlığında mərmi düşüb. Bu hücumun yaratdığı zərbə dalğası və qəlpələr nəticəsində stansiyanın köməkçi binalarından biri zədələnib və təəssüf ki, stansiyanın fiziki təhlükəsizlik işçilərindən biri həlak olub", - stansiya özünün "Telegram" kanalında dərc olunmuş bəyanatında bildirib.

Qeyd edilib ki, stansiyanın əsas qurğuları zədələnməyib və fəaliyyəti pozulmayıb.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb./Oxu.az


Telegram kanalımız
Seçilən
5
8
yenisabah.az

10Mənbələr