Niderlandın şərqindəki Nijkerk şəhərində (Gelderland əyaləti) "İsrail üçün xristianlar" təşkilatının binasının yaxınlığında partlayış baş verib.
Musavat.com xəbər verir ki, bu barədə "De Telegraaf" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, hadisə 3 aprel cümə günü yerli vaxtla saat 23:30 radələrində (Bakı vaxtı ilə saat 4 aprel 01:30) baş verib. Partlayışın episentri təşkilatın ərazisindəki hasarın yaxınlığında olub.
Yəhudi mərkəzinin ətrafı mühasirəyə alınıb və təcili yardım xidmətləri hadisə yerinə gəlib. Polis araşdırmaya başlayıb, lakin itkilər barədə məlumat yoxdur.
Musavat.com