AZ

Hərbi cani yenidən fəallaşdı: "Məğlub ölkənin lideri istefa verməlidir"

“Dünyada yazılmamış bir qanun var: kapitulyasiyaya məruz qalan ölkənin lideri istefa verməlidir. Əks halda həmin ölkə geridönməz və qeyri-mütənasib itkilərlə üzləşir”.

Publika.az xəbər verir ki, bu fikri hərbi cani, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib. O, sədri olduğu müxalifət partiyasının qurultayında çıxış edərkən hakimiyyətin bostanına daş atmaqla yanaşı revanşizmdən də söz açıb: “Təəssüf ki, Ermənistan Respublikasının lideri dövlətçiliyi müdafiə etmək əvəzinə, vəzifəsində qalmağı seçdi və biz vətənimizin bir hissəsini(Tarixi Azərbaycan ərazilərini nəzərdə tutur-red.) itirdik, digər hissəsi isə təhlükədə qalır”.

Müəllif: Tural

Seçilən
15
50
publika.az

10Mənbələr