AZ

Azərbaycanda könüllü sığorta bazarı böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda könüllü sığorta növləri hesabına 234,436 milyon manat sığorta haqqı toplanılıb.

Azreform.info Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövr ilə müqayisədə 6,5 % çoxdur.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlərin məbləği 121,772 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 39,4 % çoxdur.

Beləliklə, 2 ayda könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 51,9 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 39,7 manat olub.

Xatırladaq ki, yanvar-fevral aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 277,562 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 148,800 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 37 % çoxdur.

2 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı

Seçilən
10
15
azreform.info

10Mənbələr