Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunu “Zirə” üçün əlamətdar olub. Səfərdə “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gələn Bakı klubu turnirdə 25-ci qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, paytaxt təmsilçisi kubokdakı 43-cü qarşılaşmada “25”ə çatıb. “Zirə” keçirdiyi matçların 58,14 faizində qalib gəlib.
Evdə 13 dəfə qələbə qazanan komanda səfərdə 12-ci dəfə sevinib. Bununla da “Zirə” Azərbaycan kubokunun tarixində 25 və daha çox görüşdə qalib gələn 9-cu komanda olub.
Qeyd edək ki, “qartallar” kubokda ilk qələbəsini 2015/16 mövsümünün 1/8 finalında - 2015-ci il dekabrın 2-də AZAL-a qarşı səfər görüşündə əldə edib – 2:1.
Qurban Qurbanov: “Belə bir düşüncəmiz yoxdur”
Valdas Dambrauskas: “Onların işinə güvənirəm”
Son 10 mövsümün azarkeş rekordu qırılıb
“Zirə” Azərbaycan çempionu oldu
“Qarabağ” - “Sabah” matçında bərabərlik - YENİLƏNİB