Türkiyəyə işgüzar səfərə gələn Ukrayna Prezidenti Volodimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın müakirə edəcəyi məsələlər bəlli olub.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran məlumat yayıb.
O bildirib ki, İstanbulda keçiriləcək görüşlərdə Ukrayna ilə ikitərəfli gündəmimizdə olan məsələlər, regional hadisələr, həmçinin İstanbul Prosesi başda olmaqla atəşkəsin təmin edilməsi və davamlı həll yollarına yönəlmiş səylərin müzakirə olunması nəzərdə tutulur.
***
14:35
Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edilib ki, rəsmi səfəri çərçivəsində Zelenski İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.