AZ

Rusiyada “rəqəmsal müqavimət“: “Telegram“ ətrafında gərginlik artır Rusiya KİV ləri

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Hakimiyyətin bloklama siyasəti fonunda narazılıq artır, texnoloji qarşıdurma dərinləşir..."

Rusiyada internet məhdudiyyətləri fonunda "rəqəmsal müqavimət" genişlənir. 

Moderator.az xəbər verir ki, bu barədə "Kommersant" nəşri yazıb.

Etimad azalır, narazılıq artır

Hakimiyyətin bloklama siyasəti gözlənilən effekti vermir, əksinə milyonlarla insanı VPN və alternativ vasitələrə yönəldir.

Sorğular göstərir ki, bu proses artıq siyasi müstəviyə də təsir edir. 

İctimai Rəy Fondunun məlumatına görə, Vladimir Putinə etimad bir həftədə 76 faizdən 71 faizə düşüb, etimadsızlıq isə artıb. Oxşar dinamika Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin nəticələrində də müşahidə olunur. Ekspertlər bunu əsasən internet üzərində nəzarətin sərtləşməsi ilə əlaqələndirir.

"Telegram" və Kreml qarşıdurması

Gərginliyin mərkəzində "Telegram" dayanır. Platformanın yaradıcısı Pavel Durov bildirib ki, mesencer bloklamalara uyğunlaşmağa davam edəcək və istifadəçilər artıq kütləvi şəkildə VPN və proksi vasitələrindən yararlanır.

Kreml isə platformanı təhlükəsizlik riskləri ilə əlaqələndirir və onun qanunlara uyğun fəaliyyət göstərməsini tələb edir. Rəsmi mövqeyə görə, əks halda bloklama tədbirləri davam edə bilər.

Texnologiya və dövlət toqquşması

Mövcud vəziyyət göstərir ki, məsələ artıq təkcə bir platforma ilə bağlı deyil. Bu, dövlət nəzarəti ilə rəqəmsal azadlıqlar arasında daha geniş qarşıdurmadır. On milyonlarla insanın qoşulduğu "rəqəmsal müqavimət" həm texnoloji, həm də sosial reaksiyaya çevrilib. 

Məhdudiyyətlər sərtləşdikcə alternativ yollar artır, bu isə sistemdə əlavə problemlər yaradır. Nəticədə Rusiyada texnologiya üzərində nəzarət mübarizəsi cəmiyyətin bütün səviyyələrinə yayılan siyasi prosesə çevrilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
15
moderator.az

10Mənbələr