AZ

Bəzi rusiyalı siyasilər hələ də öz həyatlarını erməni lobbisinin maliyyəsi əsasında qururlar

ain.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.

“Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin mütəmadi şəkildə Ermənistanın mövqeyinə yaxın olan çıxışlar etməklə, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquqi çərçivəni şübhə altına alan fikirlər səsləndirməklə gündəmə gəlir. Bu adam sanki Rusiya Liberal Demokrat Partiyasının sabiq lideri Vladimir Jirinovskinin yolunu gedir. Zatulinin bütün açıqlamaları, fikirləri sanki Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağa hesablanıb”.Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. Millət vəkili deyib ki, Zatulinin bu günlərdə postmüharibə dövründə yaranmış vəziyyəti fərqli prizmadan təqdim etməyə çalışması da rusiyalı deputatın növbəti avantürası, təxribat cəhdidir:“Zatulinin eyni zamanda uzun illərdir postsovet məkanında rus təsirinin qorunması ideyasını müdafiə edən siyasətçi kimi tanınır. Azərbaycan ictimaiyyətində Zatulin artıq uzun müddətdir ki, qərəzli siyasətçi, ermənipərəst mövqelərin müdafiəçisi, və reallığı təhrif edən fiqur kimi qəbul edirlər. Düzdür, Zatulinin hər yeni açıqlaması mediada, siyasi və ictimai dairələrdə geniş müzakirə olunsa da, lakin mənim şəxsi, vətəndaş mövqeyim ondan ibarətdir ki, belələrinin sərsəmliklərini ciddi fiqur, siyasətçi hesab edib cavab verməyə də ehtiyac yoxdur. Çünki hər cavab verildikcə Zatulin və onun kimi Azərbaycana düşmən kəsilənlər özlərini daha ciddi siyasi sima hesab edib növbəti avantüra barədə düşünürlər”. İlham Məmmədov sonda bunları da qeyd edib:“Zatulinin son açıqlamaları bir daha göstərir ki, Cənubi Qafqazda hərbi münaqişə, müharibə başa çatsa da, lakin hələ də informasiya və siyasi mübarizə davam edir. Qarabağ mövzusu ətrafında bəzi rusiyalı siyasilər hələ də öz həyatlarını erməni lobbisinin maliyyəsi əsasında qururlar”.Süleyman

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
3
newscenter.az

10Mənbələr