AZ

Bu kəndlərin su şəbəkəsi yenilənəcək

Bu kəndlərin su şəbəkəsi yenilənəcək

Azərbaycanın bəzi rayonlarının bir sıra kəndlərində su təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.

AFN.az xəbər verir ki, artıq bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyindəki Regional Su Meliorasiya Xidməti hazırlıqlara başlayıb.

Məlumata əsasən, layihə-smeta sənədləri hazırlanacaq su təchizatı şəbəkələri Masallı, Ağstafa, Göyçay, Hacıqabul, Saatlı, Şamaxı, Tovuz, Naftalan, Xızı, Bərdə, Şabran, Siyəzən, Tərtər, İmişli, Yevlax, Ucar, Sabirabad, Füzuli, Lerik, Qusar, Göygöl, İsmayıllı rayonlarının bəzi yaşayış məntəqələrini əhatə edəcək.

Belə ki, siyahıya Masallının Şərəfə, Ağstafanın Köçvəlili və Yenigün, Göyçayın Müskürlü və II Ərəbcəbirli, Hacıqabulun Muğan, I Udulu, Qubalı, II Udulu, Paşalı və Şorbaçı, Saatlının Bəylər, Mollavazılı, Potubəyli və Əlisoltanlı, Şamaxının Mərzəndiyyə, Tovuzun Düzcırdaxan və Cəlilli, Naftalanın Qasımbəyli, Xızının Fındığan, Bərdənin Güloğlular, Şabranın Sincanboyad, Siyəzənin Tuğay, Tərtərin Poladlı əraziləri daxil edilib.

Eyni zamanda İmişlinin Məzrəli, Yevlaxın Salahlı, Ucarın Alpoud, Sabirabadın Cavad, Füzulinin Araz Dilağarda və Qarabağ, Lerikin Cəngəmiran, Qusarın Aşağı Ləyə, Göygölün Mollacəlil, İsmayıllının Qəzli ərazilərinin də su təchizatı şəbəkəsinin layihə-smeta sənədləri hazırlanacaq.

Layihə-smeta sənədlərinin hazırlanmasına ümumilikdə 1,242 milyon manat vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.

Seçilən
4
6
afn.az

10Mənbələr