Türkiyənin Antalya şəhərində keçirilən TÜRKPA-ya daxil olan dövlətlərin parlamentlərarası beynəlxalq futbol turnirində Azərbaycan komandası final görüşündə meydan sahiblərinə 1:3 hesabı ilə uduzub.
Ucnoqta.az xəbər verir ki, Qırğızıstana 1:2 hesabı ilə uduzan, ardından Şimali Kiprə 3:0 hesabı ilə qalib gələn təmsilçimuz qrup birincisi olaraq həlledici qarşılaşmada iştirak hüququ qazanıb.
Final oyununun 14-cü dəqiqəsində Fatih Şahin, 26-cı dəqiqəsində Oktay Çanak, 60+2 dəqiqədə isə Türkiyənin gənclər və idman naziri Osman Bak fərqləniblər.
Azərbaycanın yeganə qolunu isə 49-cu dəqiqədə Fərid Məmmədquluzadə vurub.
Turnirdə birinci yeri Türkiyə, ikinci yeri Azərbaycan, üçüncü yeri isə Qırğıstan parlament komandaları tutub.
Qeyd edək ki, bu turnir ilk dəfə keçirilir. Yarışda 6 komanda mübarizə aparır.///fanat.az