AZ

"Haber Global" Azərbaycandan İrana yola salınan humanitar yardımla bağlı VİDEOSÜJET hazırlayıb

Azərbaycandan İrana üçüncü dəfə humanitar yardım yola salınıb.

Far.Az xəbər verir ki, "Haber Global" bununla bağlı videosüjet hazırlayıb.

"10 yük maşınından ibarət olan yardımda ümumilikdə 200 ton məhsul yer alıb ki, bunlardan 190 tonunu qida məhsulları, 7 tonunu dərman və 3 tonunu isə tibbi ləvazimatlar təşkil edir.

Azərbaycan və İran prezidentləri arasında baş tutan danışıq zamanı Məsud Pezeşkian Azərbaycanın İrana göstərdiyi humanitar yardıma görə İlham Əliyevə təşəkkürünü bildirmiş, İlham Əliyev isə növbəti yardımın tezliklə göndəriləcəyini vurğulamışdı. Pezeşkian daha sonra sosial media paylaşımında İlham Əliyevə təşəkkür edərək, "Dost və qardaş xalqlar çətin zamanda bir-birini tapırlar" demişdi.

Azərbaycan ilk dəfə martın 10-da İrana təxminən 30 ton yardım göndərib. Daha sonra martın 18-də 82 ton ərzaq, dərman və tibbi ləvazimatlarla dolu maşınlar yola düşüb", - deyə materialda bildirilib.

Ətraflı videosüjetdə:

Seçilən
2
2
far.az

10Mənbələr