AZ

17 yaşında təyyarə idarə edən pilotun miniatür dünyasından FOTOREPORTAJ

Azərbaycan Modelistlər Klubu 1989-cu ildən fəaliyyət göstərir. Klubun sədri İlqar İsmayılov da həmin dövrdən bu kollektivin üzvlərindən biri olub.

Far.Az PhotoStock.az-a istinadən xəbər verir ki, 2021-ci ildən etibarən klub onun təşəbbüsü ilə yenidən fəaliyyətə başlayıb və hazırda da o, sədr kimi işini davam etdirir.

İlqar İsmayılov modelizmlə 7 yaşından məşğuldur və bu sahədə 50 ilə yaxın təcrübəyə malikdir. Onun sözlərinə görə, 14 yaşında paraşütlə tullanıb, 17 yaşında isə təyyarə idarə edib.

Klubda Azərbaycan Ordusunda istifadə olunan hərbi texnikaların - tankların, zirehli maşınların və təyyarələrin, həmçinin retro avtomobillərin miniatür modelləri hazırlanır. Ümumilikdə kolleksiyada təxminən 200 maket mövcuddur, onların 50-dən çoxu isə əl işidir. Modelistlər Klubu modelizm sahəsinə marağı olan şəxslərin bir araya gəldiyi, bu istiqamətdə bilik və təcrübələrin paylaşıldığı məkan kimi fəaliyyət göstərir.

Seçilən
18
47
far.az

10Mənbələr