AZ

Azərbaycan gimnastları “AGF Trophy”də gümüş medal qazanıblar

Bakı 4 aprel, AZƏRTAC

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.

AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışın ikinci günündə böyüklər kateqoriyasında komanda hesabında qaliblər bəlli olub.

AİN qızıl, Azərbaycan komandası isə gümüş medala yiyələnib. Üçüncü yeri Qırğızıstan komandası tutub.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə aprelin 5-də yekun vurulacaq.

Müxbir - Cavid Əliyev
Foto - İlqar Cəfərov
Seçilən
23
5
azertag.az

10Mənbələr