AZ

Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işləri nə vaxt yekunlaşır? - VİDEO

Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işlərinin bu ayın sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib. bildirilib ki Gecikmə hava şəraiti ilə bağlıdır. Xətlərdən biri artıq təhvil verilib. Hava şəraiti uyğun olarsa, digər xətlər də yaxın vaxtlarda istifadəyə veriləcək  "Azərbaycan Dəmir Yolları"nın mətbuat xidmətindən isə qeyd olunub ki, tikinti işlərindən sonra Xırdalan-Sumqayıt istiqamətində sərnişin qatarlarının fəaliyyəti bərpa ediləcək.

Ekspert Əşrad Hüseynov deyir ki, qatarların şəhərətrafı istqamətlərə hərəkətəri həm də yollarda yükün azalması deməkdir.

O, bildirib ki, Xırdalan əhərinin yol bağlantılarının yaxşılaşdırılması nəzərdə tutulur. Layihəyə əsasən, şəhər Bakı-Quba avtomobil yolu və Bakı-Şamaxı-Yevlax avtomobil yolu ilə birləşdiriləcək. Bu dəyişikliklərin Bakı-Sumqayıt yolu və şəhər daxilindəki nəqliyyat sıxlığını azaltması gözlənilir.//Xəzər TV

Seçilən
80
hit.az

1Mənbələr