AZ

Dünya Kubokunun altında nə yazılıb? Tarixçilər açıqladılar

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

FIFA Dünya Kubokunun altında dünya çempionlarının adları (1974-cü ildən bəri) yazılıb.

Bu barədə Modern.az-a açıqlamasında tədqiqatçılar Nazim Xəlilov və Elnur Nəciyev məlumat veriblər.

“İndiyədək 22 dünya çempionatı baş tutub, lakin Dünya Kubokunun altında 13 çempion ölkənin adı yazılıb. Çünki bu kubok ilk dəfə DÇ-1974-də təqdim edilib. Dünya Kubokunun altında qalib komandaların adları öz dilində yazılıb: 1974 - Deutschland (Almaniya - red.), 1978 - Argentina, 1982 - Italia, 1986 - Argentina, 1990 - Deutschland, 1994 - Brasil, 1998 - France, 2002 - Brasil, 2006 - Italia, 2010 - España (İspaniya - red.), 2014 - Deutschland, 2018 - France, 2022 - Argentina.

Qarşıdan gələn DÇ-2026-da isə qardaş Türkiyəyə ürəkdən azarkeşlik edəcəyik. Türkiyənin DÇ-2002-dəki möhtəşəm uğurunu qürurla xatırlayırıq. Hazırda da onların güclü heyəti var. İnanırıq ki, qardaşlarımız bu dəfə də mühüm uğura imza atacaqlar”, - deyə tarixçilər bildiriblər.

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
15
modern.az

10Mənbələr