AZ

Vaksinlər təsirsiz qaldı: təhlükəli virus yayılır

Çinin şimal-qərbində, Rusiya sərhədinə yaxın ərazilərdə mal-qara arasında yeni və təhlükəli virus yayılıb.

Musavat.com xəbər verir ki, Sincan Uyğur Muxtar Rayonu və Qansu vilayətində dabaq xəstəliyinin SAT1 serotipi qeydə alınıb.

Məlumata görə, xəstəlik 6 mindən çox heyvanın olduğu təsərrüfatlarda yayılıb və artıq 219 yoluxma halı təsdiqlənib.

Ən ciddi məqam isə odur ki, bu ştam Çində ilk dəfə aşkarlanıb və mövcud vaksinlərin ona qarşı effektsiz olduğu bildirilir.

Hadisədən sonra Çin hakimiyyəti təcili tədbirlərə başlayıb. Yoluxmuş heyvanların məhv edilməsi, ərazilərin dezinfeksiyası və karantin rejimi tətbiq olunur.

Sincan bölgəsinin Rusiya ilə sərhəddə yerləşməsi isə vəziyyəti daha da həssas edir və xəstəliyin regiona yayılması riskini artırır.

Musavat.com

Seçilən
43
musavat.com

1Mənbələr