AZ

Tramp kabinetində dəyişiklik etməyi düşünür –Kimlər postunu itirəcək?

Prezident Donald Tramp kabinetində dəyişiklik etməyi düşünür.

Azpost.info-nun məlumatına görə, bu barədə Reuters Ağ Evdə müzakirələrlə tanış olan beş mənbəyə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Amerika prezidenti ABŞ-ın İranla müharibəsinin siyasi və iqtisadi nəticələrindən artan ictimai narazılıq səbəbindən belə bir addım atmağa hazırdır.

Jurnalistlərin müsahibə verdiyi mənbələr yaxın gələcəkdə kimin işdən çıxarılma riski altında olduğunu dəqiq deyə bilməyiblər. Lakin onlar bir neçə müxtəlif dərəcəli məmurun  işdən çıxarılma riski altında olduğunu bildiriblər.

Bəzi Reuters mənbələri ABŞ Ticarət Katibi Hovard Lutnik və ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Qabbardın işdən çıxarılma namizədləri olduğunu bildiriblər.

Ağ Evin mətbuat katibi Devis İnql Trampın Qabbard və Lutnikə “tam etibar etdiyini” bildirib.

Son bir neçə həftə ərzində Donald Tramp Daxili Təhlükəsizlik Katibi Kristi Noem və Baş Prokuror Pam Bondi işdən çıxarıb.

AzPost.az

Seçilən
18
8
azpost.info

10Mənbələr