AZ

Soyuducuya maqnit yapışdıranlara ciddi xəbərdarlıq

Soyuducu qapılarını rəngarəng maqnitlər, şüşə açanlar və maqnitli qeyd kartları ilə doldurmaq artıq bir ənənəyə çevrilib. Lakin məsum görünən bu vərdiş müasir soyuducular üçün ciddi təhlükə yaradır.

Milli.Az xəbər verir ki, müasir soyuducular artıq sadə bir soyutma cihazı deyil. Onların daxilindəki sensorlar, rəqəmsal panellər, ağıllı prosessorlar və inverter sistemləri ilə sanki bir kompüter kimi işləyirlər. Texniki servis mütəxəssisləri bildirirlər ki, qapılara yapışdırılan maqnitlər bu həssas elektron komponentlərə mənfi təsir göstərir.

Maqnitlər soyuducuya necə zərər verir?
Daimi maqnit sahəsi altında qalan cihazlarda zamanla prosessorlarda qarışıqlıq yaranır, soyutma performansı düşür və elektrik enerjisi istehlakı nəzərəçarpacaq dərəcədə artır. Xüsusilə toxunmatik ekranlı, Wi-Fi bağlantılı və "ağıllı" modellər bu problemdən ən çox təsirlənənlər arasındadır.

Servis texnikləri qeyd edirlər ki, son dövrlərdə tez-tez rast gəlinən ana plata (materinskaya plata) nasazlıqları və rəqəmsal panel pozulmalarının əhəmiyyətli bir hissəsi məhz intensiv maqnit istifadəsindən qaynaqlanır. Sadə bir maqnit bəzəyi bir anda minlərlə manatlıq təmir xərcinə çevrilə bilər.

Xatirələri qorumaq üçün alternativ üsullar
Xatirələrinizdən imtina etmək məcburiyyətində deyilsiniz, sadəcə onların yerini dəyişmək kifayətdir. Texniki servis mütəxəssisləri soyuducu qapıları əvəzinə mətbəx divarına asa biləcəyiniz şık metal panoları və ya xüsusi maqnitli boyaları tövsiyə edirlər.

Beləcə həm kolleksiyanızı nümayiş etdirə bilər, həm də bahalı soyuducunuzu maqnit zərərindən qoruya bilərsiniz.

Lalə Qüdrətova
Milli.Az

Seçilən
25
11
milli.az

10Mənbələr