AZ

Bakıda aeroport yolunda qəza olub, xəsarət alanlar var

Paytaxtın aeroport yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xəzər rayonu ərazisində, Aviasiya Akademiyasının yaxınlığında qeydə alınıb.

“Toyota” və “Audi” markalı avtomobillər toqquşub. Nəticədə “Audi” markalı avtomobil aşıb və 3 nəfər xəsarət alıb.

Qəza səbəbindən həmin istiqamətdə nəqliyyat sıxlığı yaranıb.

Seçilən
27
50
apa.az

10Mənbələr