AZ

Netanyahu: İsrail İranın sursat istehsalının 70%-ni məhv edib

İsrailin baş naziri Benyamin Netanyahu İranın hərbi-sənaye imkanlarına zərbələr endirildiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə o, “X” hesabında yazıb.

“Sizə söz vermişdim ki, Tehranda mübarizəmizi davam etdirəcəyik və hazırda bunu edirik. Onların sursat istehsal potensialının 70%-ni məhv etdikdən sonra bu gün neft-kimya zavodlarına hücum etdik”, – deyə Netanyahu bildirib.

O qeyd edib ki, İsrail Silahlı Qüvvələri İranın enerji obyektlərinə zərbələri davam etdirəcək.

Seçilən
29
50
apa.az

10Mənbələr