AZ

"Qəbələ" "Kəpəz"in, "Neftçi" "Sumqayıt"ın qonağı olacaq - Misli Premyer Liqası

Bakı. Trend:

Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura startveriləcək.

Trend-inməlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Günün ilk matçında “Kəpəz” “Qəbələ”ni sınağa çəkəcək. Yevlaxşəhər stadionunda oynanılacaq qarşılaşma saat 15:30-da başlayacaq.Hazırda “Kəpəz” 21 xalla 10-cu, “Qəbələ” 16 xalla 11-cidir.

Digər oyun isə Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə“Neftçi” arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıtşəhər stadionunda keçiriləcək görüş saat 18:00-da startgötürəcək.

Turnir cədvəlində Bakı klubu 37 xalla 6-cı, “gənclik şəhəri”təmsilçisi isə 32 xalla 7-ci sırada yer alıb.

Qeyd edək ki, turun digər matçları aprelin 6-7-dəkeçiriləcək.

Seçilən
18
50
az.trend.az

10Mənbələr