AZ

Hollivud ulduzunun qızı klipə çəkildi

Hollivud ulduzu Ancelina Colinin qızı Şaylo Coli WJSN qrupunun üzvü olan Cənubi Koreya müğənnisi Dayonun "What's a Girl to Do" mahnısının klipində çəkilib.

Publika.az "People"yə istinadən xəbər verir ki, videoçarxın tizeri "Starship Entertainment" agentliyi tərəfindən yayımlanıb.

Agentlikdən bildirilib ki, çəkilişlər üçün aktyorlar ABŞ-də açıq kastinq yolu ilə seçilib.

Şaylo "Culture" rəqs qrupu ilə əlaqəli bir neçə iştirakçı ilə birgə final mərhələsini keçərək layihəyə qoşulub. Qeyd olunub ki, qrup onun məşhur aktyorların ailəsindən olduğunu sonradan öyrənib.

Seçilən
51
5
publika.az

7Mənbələr