ABŞ Prezidenti Donald Tramp İran ərazisində vurulmuş "F-15E" qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib.
"Unikal" xəbər verir ki, Ağ Evin rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib.
"Biz onu xilas etdik! Əziz həmvətənlər, son bir neçə saat ərzində ABŞ Silahlı Qüvvələri bizim inanılmaz zabitlərimizdən birini - yeri gəlmişkən, çox hörmətli bir polkovniki xilas etmək üçün Birləşmiş Ştatlar tarixinin ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirib. Böyük sevinc hissi ilə bildirirəm ki, o, sağ və salamatdır. Yaralanıb, lakin hər şey yaxşı olacaq", - deyə ABŞ lideri qeyd edib.
Daha əvvəl "Axios" portalı mənbələrə istinadən İran üzərində vurulan "F-15E" qırıcısının ikinci heyət üzvünün xilas edilməsi barədə məlumat yayıb. Bildirilir ki, pilot qəzadan bir neçə saat sonra xilas olunub.