AZ

İranın hücumu nəticəsində Bəhreyndə neft terminalı yanıb

BAKI, 5 aprel. TELEQRAF

Bəhreynin milli neft şirkəti "Bapco Energies" İranın hücumu nəticəsində neft saxlama anbarındakı çənlərdən birində yanğın baş verdiyini bildirib.

Teleqraf xəbər verir ki, şirkətin yaydığı rəsmi məlumata görə, hazırda yanğın tamamilə söndürülüb.

Bildirilir ki, hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda mütəxəssislər tərəfindən infrastrukura dəymiş ziyanın həcmi qiymətləndirilir.

Qeyd edək ki, "Bapco Energies" Bəhreynin dövlət neft şirkətidir. Bundan əvvəl ölkənin Daxili İşlər Nazirliyi yanğın hadisəsi barədə məlumat yaymışdı, lakin həmin vaxt alovun hansı obyektdə və hansı səbəbdən baş verdiyi dəqiqləşdirilməmişdi.

Seçilən
24
teleqraf.com

1Mənbələr