AZ

Abu Dabidəki "Borouge" zavodunda yanğın baş verdi

BAKI, 5 aprel. TELEQRAF

Abu Dabidə yerləşən "Borouge" neft-kimya zavodunun ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə Abu Dabi Media Ofisi məlumat yayıb.

Məlumata görə, yanğınlara səbəb hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilən hava hədəfinin (raket və ya dronun) qəlpələrinin zavod ərazisinə düşməsi olub. Aidiyyəti qurumlar dərhal hadisə yerinə cəlb olunaraq alovun söndürülməsinə başlayıblar.

Hadisə ilə əlaqədar "Borouge" zavodunda istehsalat prosesi dərhal dayandırılıb.

Seçilən
31
4
teleqraf.com

5Mənbələr