İspaniya La Liqasında 30-cu turun oyunları keçirilir. “Football-plus.az” xəbər verir ki, dünən çempionluğa iddialı hər iki komanda – “Real” və “Barselona” meydana çıxıb. “Malyorka”nın qonağı olan Madrid nəhəngi 88-ci dəqiqədə hesabı bərabərləşdirsə də, məğlubiyyətdən qaça bilməyib – 1:2. “Atletiko” – “Barselona” oyununda da dramatik sonluq yaşanıb. 79-cu dəqiqədə meydana çıxan Levandovski 87-ci dəqiqədə kataloniyalılara qələbə qazandıran qolu vurub – 2:1.
Bu oyunlardan sonra lider “Barselona” ilə əsas izləyicisi arasında xal fərqi 7-yə çatıb. Kataloniyalıların 76, madridlilərin 69 xalı var. Sona isə 8 tur qalır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta