AZ

“1:2 də məğlubiyyətdi, 2:5 də” – darmadağın olan liderin çalışdırıcısı

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında çempionluğa əsas namizəd “Şəfa” cümə günü mövsümdə ilk məğlubiyyətini aldı. Özü də biabırçı şəkildə -2:5. Mingəçevirdəki darmadağının səbəbini “Football-plus.az” “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmlidən soruşdu: “Bu mövsüm yox, “Şəfa”ya gələndən bəri “Qəbələ” ilə kubok matçını çıxsaq, ilk məğlubiyyətimizdi. Futbolda belə şeylər olur. Böyük hesab gözləmirdik. İrəliyə atıldıqca geridə boşluqlar verdik. İstədiyimiz kimi oynadıq. İlk yarıda iki yüzfaizlik qol imkanını qaçırdıq. Son dəqiqələrdə müdafiə xəttində dəyişiklik etdik, hücumu gücləndirdik. 1:2 də məğlubiyyətdi, 2:5 də. Hava da çox isti idi. Urfan İsmayılov komandaya yeni qoşulub. Xəyal Tomarov da yox idi. Orta xətdə çatışmazlıqlar var idi. Növbəti oyunlarda çempionluğu rəsmiləşdirməyə çalışacağıq. Liderik, əsas rəqiblərimizdən 8-9 xal öndəyik”.
Xatırladaq ki, “Şəfa” 45 xalla turnir cədvəlinə başçılıq edir. “Baku Sportinq”lə “Səbail” hərəyə 37 xalla 2-3-cü yerləri bölüşür. 4-cü yerdəki “Mingəçevir”in 36 xalı var.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
34
1
football-plus.az

2Mənbələr