AZ

Əfsanəvi Maldini İtaliya Futbol Federasiyasının prezidenti ola bilər

BAKI, 5 aprel. TELEQRAF

İtaliya millisinin sabiq müdafiəçisi Paolo Maldini İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti vəzifəsinə mümkün namizəd kimi nəzərdən keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə La Stampa nəşri məlumat yayıb.

O, bu posta bu yaxınlarda istefa verən Qabriyele Qravinanın yerinə seçilə bilər. Seçkilər iyunun 22-nə planlaşdırılıb. Namizədlər isə səsvermədən 40 gün əvvəl rəsmi şəkildə qeydiyyatdan keçməlidirlər.

Maldini daha əvvəl milli komandanın strukturunda çalışıb: 2018–2019-cu illərdə yığmanın inkişaf üzrə direktoru, daha sonra isə texniki direktoru olub. O, 2023-cü ilin iyununda bu vəzifədən ayrılıb.

Qeyd edək ki, Maldini futbolçu karyerasını rekord göstəricilərlə başa vurub. O, A Seriyasında 647 oyun keçirib ki, bu da mütləq rekorddur. “Milan”ın heyətində yeddi dəfə İtaliya çempionu olub, bir dəfə ölkə kubokunu qazanıb. Həmçinin beş dəfə İtaliya Superkuboku, UEFA Çempionlar Liqası və UEFA Superkubokunun qalibi adını qazanıb. İtaliya millisinin tərkibində isə Avropa və dünya çempionatlarının gümüş və bürünc mükafatçısı olub.

Seçilən
15
2
teleqraf.com

3Mənbələr