Azxeber.com saytına istinadən ain.az xəbər verir.
Dövlət İmtahan Mərkəzi tərəfindən apelin 5-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.
Bu barədə AZXEBER.COM-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda iştirak etmək üçün 1227 namizəd qeydiyyatdan keçib.
İmtahan iki növbədə təşkil olunur. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə 16:00-da başlayacaq. Müvafiq olaraq saat 10:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.
İmtahanların keçirilməsi üçün 14 zal admini, 81 nəzarətçi və 13 buraxılış rejimi əməkdaşı ayrılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.