"Bəziləri sənətə yalnız ziyan vurur. Zir-zibil mahnılar oxuyub, çoxlu pul qazanır, özlərinə bahalı paltarlar alırlar, guya bunlar da oxuyandır".
Əməkdar artist bayağı mahnılar oxuyanlar haqqında sərt fikirlərini belə ifadə edib:
"Bayağı mahnılar onlar üçün çox səviyyəlidir. Onların oxuduqları məhz zir-zibil hesab olunur. Bəzi gənclər də onları efirlərdən izləyir elə bilirlər ki, yaxşı oxuyanlardır və toylarında görmək istəyirlər. Nəticədə bəzən valideynlər istəmədən belə onları öz övladlarının toylarına dəvət edirlər".