Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Başa vurduğumuz həftənin ilk günləri yazın ilıq havasını insanlara daddırsa da həftə sonu Şimal-Qərb bölgəsində temperatur 20 dərəcədən 7-8 dərəcəyə kimi enərək fərqli bir mənzərə yaradıb. Bizim.Media-nın yerli bürosu xəbər verir ki, ötən gündən başlayaraq bölgənin əksər ərazilərinə yağış yağıb. Yüksək dağlıq ərazilərdə isə yenidən qar müşahidə olunur.
Verilən məlumatlara görə, bölgənin dağlıq ərazilərinə 5- 8 sm arasında qar yağıb. Burada temperatur 3 dərəcəyə kimi enib. Hazırda bölgədən keçən avtomobil yollarında dəyişkən duman müşahidə olunur.
Bu istiqamətdə hərəkət edən sürücülərə tövsiyyə olunur ki, yolların yağışdan sonra sürüşkən olmasını nəzərə alaraq sürət həddinə nəzarət etsinlər. Eyni zamanda həftəsonu istirahətə gələnlər havanın yağmurlu və soyuq olmasını nəzərə alsınlar. 


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.