AZ

Nobel Sülh Mükafatı laureatından Trampa qarşı ÇAĞIRIŞ:Onu dayandırın!

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Nobel Sülh Mükafatı laureatı və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) keçmiş direktoru Məhəmməd əl-Baradei beynəlxalq ictimaiyyəti ABŞ prezidenti Donald Trampın "dəliliklərini" dayandırmağa çağırıb.

Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, o yazıb: "Körfəz hökumətlərindən, bir daha xahiş edirəm, Tramp bölgəni «barıt çəlləyinə » çevirməzdən əvvəl əlinizdən gələni edin".

Cənab Əl-Baradei Birləşmiş Millətlər Təşkilatı, Çin, Rusiya hökumətlərinə, Avropa Şurasına və Fransa prezidenti Emmanuel Makrona müraciət edərək bildirib :

"Bu dəliliyin qarşısını almaq üçün heç nə etmək mümkün deyil?!".

Qeyd edək ki, 83 yaşlı keçmiş Misir dövlət xadimi Məhəmməd Əl-Baradei 1997-ci ildən 2009-cu ilə qədər MAQATE-yə rəhbərlik edib və bu müddət ərzində İranla nüvə proqramı ilə bağlı çoxsaylı vacib danışıqlara rəhbərlik edib. O və təşkilatı 2005-ci ildə atom enerjisinin dinc məqsədlərlə istifadəsini təşviq etmək səylərinə görə birgə Nobel Sülh Mükafatına layiq görülüblər.

Aydın Baxış  

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
1
bakivaxti.az

2Mənbələr