Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Müğənni Aysun İsmayılova sosial şəbəkədə etdiyi sərt paylaşımı ilə gündəmə gəlib.
Milli.Az-ın məlumatına görə, sənətçi izləyicilərə ünvanladığı açıqlamada qızı ilə bağlı xəbərdarlıq edib. O, bildirib ki, ünvanına deyilən sözlərə bəzən səbrlə yanaşa bilir, lakin övladı mövzusunda heç bir güzəştə getməyəcək:
"Ünvanıma nəsə deyəndə gülüb keçə bilərəm, amma qızıma toxunmağınıza göz yuma bilmərəm. Boğazınızı üzərəm".
Aysunun bu kəskin ifadələri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun ana kimi həssas yanaşmasını anlayışla qarşılasa da, digərləri səsləndirilən sərt sözləri tənqid edib.
Paylaşım qısa zamanda yayılaraq müxtəlif reaksiyalar toplamağa davam edib.
Musa
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.