AZ

İnsanlıq Ayın gizli üzünü gördü - "Bu, tanıdığımız Ay deyil"

"Orion" kosmik gəmisinin heyəti "Artemis II" missiyası çərçivəsində Ayın uzaq tərəfini müşahidə edib.

Redaktor.az xəbər verir ki, onlar bu barədə BBC-yə verdikləri müsahibədə danışıblar.

"İçindəki nəsə sənə deyir ki, bu, görməyə alışdığın Ay deyil", - deyə astronavt Kristina Kox bildirib.

Şənbə günü Britaniya yay vaxtı ilə saat 23:00-a (Bakı vaxtı ilə 22:00) olan məlumata görə, NASA-nın onlayn paneli "Orion" gəmisinin Yerdən 180 000 mildən (289 681 kilometrdən) çox uzaqlaşdığını göstərib.

NASA astronavtlarının "Artemis II" missiyası aprelin 1-də Aya doğru yola düşüb. Bu, son yarım əsrdən artıq müddətdə ilk belə missiyadır. Proqramın əsas məqsədi növbəti mərhələyə - Ayın səthinə enişin planlaşdırıldığı "Artemis III" missiyasına hazırlıqdır.

Seçilən
29
1
redaktor.az

2Mənbələr