Albaniya Super Liqasında 30-cu turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərlinin çıxış etdiyi "Partizani" də növbəti matçına çıxıb.
Vüsalın tur çərçivəsində evdə lider "Vlazniya" ilə qarşılaşıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. İsgəndərli oyuna əsas heyətdə başlayaraq sona qədər meydanda qalıb.
Hazırda "Partizani" 44 xalla 4-cü yerdədir.