AZ

2 yaşlı Gülcənnətin ölüm səbəbi Görünməz təhlükə

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məlum olduğu kimi, Sumqayıtda dəm qazından zəhərlənən 6 uşaqdan biri dünən vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Xəzri bağlarında baş verən hadisədən sonra 2 yaşlı Gülcənnətin həyatını xilas etmək mümkün olmayıb.

Belə məqamda dəm qazı zəhərlənmələrinin qarşısını almaq və bu kimi hallarda vacib qaydaları bilmək həyati əhəmiyyət daşıyır.

Dəm qazı zəhərlənməsinin qarşısını almaq üçün vacib qaydalar aşağıdakılardır:

-Qaz sobası və kombilər mütəmadi olaraq texniki baxışdan keçirilməlidir.

-Evin içində qazla işləyən cihazlar varsa, otaq mütləq havalandırılmalıdır.

-Bacalar və tüstü çıxışları tez-tez yoxlanmalı və təmizlənməlidir.

-Mümkün qədər qapalı məkanda kömür, odun və ya qazla işləyən cihazlardan istifadə etməməli, çıxılmaz hallarda isə nəzarətdə saxlanılmalıdr.

-Uşaqların tək qaldığı otaqlarda qaz cihazları işlək vəziyyətdə saxlanmamalı, vanna otağına belə qurğular olarsa, nəfəslik açıq olmalıdır.

Digər tərəfdən isə əhali üçün dəm qazı detektorlarından istifadə tövsiyə olunur.

Dəm qazı zəhərlənməsinin əlamətləri:

-başgicəllənmə

-ürəkbulanma

-halsızlıq

-başağrısı

-nəfəs darlığı

-huşun itməsi

Bu əlamətlər hiss olunduqda dərhal otaq tərk edilməli, təmiz havaya çıxılmalı və təcili tibbi yardım briqadası çağırılmalıdır.

Qeyd edə ki, dəm qazı qoxusuz və rəngsiz olduğu üçün ondan zəhərlənmə hallarında huşun tədricən itirilməsi insan tərəfindən hiss edilmir. Məhz buna görə, ona görünməz təhlükə də deyilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
qafqazinfo.az

2Mənbələr