AZ

Flikin rəhbərliyi altında "Barselona" 300 qol həddinə çatıb

İspaniyanın "Barselona" komandası baş məşqçi Hans-Diter Flikin rəhbərliyi altında vurduğu qolların sayını 300-ə çatdırıb.

"Cebheinfo.az" "Report"-a istinadən xəbər verir ki, bu, La Liqanın XXX turunda "Atletiko" ilə matça rəsadüf edib.

Kataloniya təmsilçisi sözügedən qarşılaşmada 2:1 hesabı ilə qalib gəlib.

Alman mütəxəssis bu rəqəmə 107-ci oyunda çatıb.

Flikin rəhbərliyi altında komandanın ən məhsuldar futbolçuları Robert Lewandowski (58 qol), Rafinya (53 qol) və Lamin Yamaldır (39 qol).

"Cebheinfo.az"

Seçilən
16
3
cebheinfo.az

4Mənbələr