AZ

Kəmaləddin Heydərov Badamdardakı sürüşmə sahəsində olub, tapşırıqlar verib - FOTO/VİDEO

BAKI, 5 aprel. TELEQRAF

Son günlər yağan intensiv yağışlardan sonra Badamdar yamacında sürüşmə sahəsində yaranmış aktivliklə əlaqədar Badamdar-20-ci Sahə avtomobil yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Aprelin 5-i səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əraziyə gəlib.

Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.

Seçilən
10
44
teleqraf.com

10Mənbələr