AZ

Maştağada yağış sularının kənarlaşdırılması üçün 18 metrlik xətt təmir olundu - VİDEO

Sabunçu rayonunun Maştağa qəsəbəsində yağıntı sularının kənarlaşdırılması üçün qəzalı vəziyyətdə olan köhnə təxliyə xətti bərpa edilib.

Teleqraf xəbər verir ki, Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları Rövşən Salmanov küçəsində apardıqları yoxlama zamanı qurumun balansında olmayan, lakin istismara yararsız vəziyyətdə olan qəzalı təxliyə xəttini aşkar ediblər.
Aparılan operativ təmir işləri nəticəsində xəttin 18 metrlik hissəsi tam bərpa olunub. Görülən tədbirlər sayəsində ərazidə toplanan yağış sularının nasos vasitəsilə həmin xətt üzərindən kənarlaşdırılması təmin ediləcək.



Seçilən
14
1
yenilik.az

2Mənbələr