AZ

Yeni Avaz 3: 15 ilin hitləri yenidən doğulur! (FOTO)

Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Araz Radiosunun ənənəyə çevrilən və hər dəfə

böyük maraqla qarşılanan layihəsi bu dəfə daha da fərqli formatda geri qayıdır.

Bu möhtəşəm layihə Xəzər Media Mərkəzi-nin dəstəyi ilə həyata keçirilir.

Qaynarinfo xəbər verir ki, layihəni 6 aprel tarixində Xəzər Media Mərkəzi-nin

efirində yayımlanan "İncə səhər”, "Qonaqcanlı” və "Xəzər axşamı” verilişlərində

canlı olaraq izləyə bilərsiniz.

Araz Radiosunun 15 illik yubileyinə özəl

hazırlanan "Yeni Avaz 3" layihəsi bu dəfə xüsusi konseptlə təqdim

olunur. 15 ilin  hit mahnıları bu dəfə gənc

ifaçıların təqdimatında tamamilə yeni nəfəs qazanır.

Layihənin əsas özəlliyi isə odur ki, bu dəfə

səhnə gənclərindir! Gənc ifaçılar, 15 il öncə hit olmuş mahnıları öz tərzlərində

təqdim edərək, həm nostalji hisslər yaşadır, həm də musiqiyə müasir baxış

qatırlar.

* "Sən və Mən” (ilk ifaçı: Röya Ayxan,

bəstəkar: Hacı Nazim) – Anaranın ifasında yeni ruhda

* "Dəli Küləyim” (ilk ifaçı: Samira

AliMəryəm, bəstəkar: Muxtar Abseynov) – Melayın təqdimatında fərqli enerji ilə

* "Ürəyimsən” (ilk ifaçı: Tünzalə, Xəyyam

& Murad Arif, bəstəkar: Murad Arif) – Camal Qasımovun ifasında yeni hisslərlə

* "Mənə Bax” (ilk ifaçı: Elton, bəstəkar:

Hacı Nazim) – "Naz” vokal ansamblının özəl təqdimatında

* "Mənim Mənim” – (Tapar məni adı ilə

tanınan) (ilk ifaçı: Flora Kərimova) – Rahib Mirzoevin ifasında fərqli tərzdə

* "Buludlar” (ilk ifaçı və bəstəkar:

Ceyhun Zeynalov/İsmayıl Əsədov) – Amir Paşayevin dinamik təqdimatında

* "Təyyarələr” (ilk ifaçı: Natavan Həbibi,

bəstəkar: Murad Arif) – Elgün & Səbinə duetində yeni çalarda

* Bir Sevgim Var” (ilk ifaçı: Sevda

Ələkbərzadə, bəstəkar: Muxtar Abseynov) – Könülün ifasında tamam başqa hisslərlə

Araz FM 4 aprel 2011-ci il tarixində fəaliyyətə başlayıb, 103.3 MHz tezliyində

yayımlanır. Bu vaxt ərzində radionun stabil dinləyici auditoriyası formalaşıb, əhatə

coğrafiyası daha da genişlənib. Hazırda radiomuzun yayımlandığı verlişləri 

Azərbaycanın bütün rayonlarında , dinləmək mümkündür. Radiomuz  tematik xəbər proqramları, sosial yönümlü

layihələrlə, avtomobil həvəskarları üçün tövsiyə xarekterli verlişlərlə zövqlü,

düşündürücü, milli  musiqilərlə  xidmətinizdədir."Araz FM” – Qovuşduran radio!Araz 103.3 FM – in İnstagram hesabı

https://www.instagram.com/arazfm.az?igsh=MW04bXUyNTV1ZzZrOA%3D%3D&utm_source=qr

Araz 103.3 FM – in youtube hesabı

https://youtube.com/@araz-fm?si=bP7jBlM4SvwjkjWx

Yeni Avaz layihəsinin instagram hesabı

https://www.instagram.com/yeniavazofficial?igsh=MWQ0YmdyNzNrZGtnaQ%3D%3D&utm_source=qr

Yeni Avaz layihəsinin Tik Tok hesabı

https://www.tiktok.com/@yeniavazofficial?_r=1&_t=ZS-95EM1k3T4PR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
qaynarinfo.az

1Mənbələr