AZ

Bakıda kilosu 120 manata alça satılır

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Mövsümün ilk meyvələri paytaxt bazarlarında və market rəflərində görünməyə başlayıb. Hər il olduğu kimi, bu il də meyvələrin qiyməti müzakirələrə səbəb olub. Xüsusilə Göyçə alçasının satış qiyməti görənləri heyrətə salıb."Bazar Market" şəbəkəsində çəkilən fotolardan aydın olur ki, alçanın bir kiloqramı üçün 120 manat tələb olunur. Bu qiymət bir çox ekzotik meyvələrin, hətta ən bahalı ət məhsullarının qiymətini belə geridə qoyur.Alıcılar sosial şəbəkələrdə bu məbləğin həddindən artıq yüksək olduğunu bildirirlər.Satıcılar isə qiymətin yüksək olmasını məhsulun hələ az tapılması və xüsusi şəraitdə yetişdirilməsi ilə əsaslandırırlar. Adətən aprel ayının əvvəllərində satışa çıxan ilk məhsullar simvolik xarakter daşısa da, bu dəfəki rəqəm rekord həddə çatıb. Belə görünür ki, alçanın dadına baxmaq istəyənlər hələ bir müddət gözləməli olacaqlar.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
1
demokrat.az

2Mənbələr