AZ

Toğanalı-Kəlbəcər-İstisu yolunda qar uçqunu baş verib, hərəkət məhdudlaşdırılıb

Bakı. Trend:

Bu gün günorta saatlarında Toğanalı–Kəlbəcər–İstisu avtomobilyolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydəalınmışdır.

Nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qarkütləsi ilə örtülmüşdür. Hazırda yaranmış fəsadların aradanqaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları DövlətAgentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlıməlumatlandırılmışdır. Təhlükəsizlik baxımından Toğanalı vəKəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkətimüvəqqəti olaraq məhdudlaşdırılmışdır.

Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki,müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcəravtomobil yolundan istifadə etsinlər.

Seçilən
33
36
az.trend.az

10Mənbələr