AZ

"Real"dan PSJ-yə keçə bilər

style='margin-bottom:10px;'>

"Real"ın yarımmüdafiəçisi Eduardo Kamavinqa yayda komandadan ayrıla bilər.

QOL.az xəbər verir ki, AS nəşrinin məlumatına görə, PSJ futbolçunu transfer etmək variantını nəzərdən keçirir.

Az oyun şansı qazandığı üçün vəziyyətindən narazı olan Kamavinqa bunun Fransa millisindəki yerinə təsir edəcəyindən ehtiyatlanır və ayrılığı dəyərləndirir. Zədələr də onun əsas heyətdəki mövqeyini zəiflədib. Futbolçu təxminən iki ay meydanlardan uzaq qalıb. Qayıdışdan sonra isə müxtəlif mövqelərdə oynadılıb və istədiyi rolunu ala bilməyib.

Hələlik PSJ ilə rəsmi danışıqlar başlamayıb, lakin keçid ehtimalı yüksək qiymətləndirilir.

Qeyd edək ki, Kamavinqa bu mövsüm 33 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
41
teleqraf.com

1Mənbələr