AZ

Tramp İranı təhqir etdi: “Dəli alçaqlar”

ABŞ Prezidenti Donald Tramp sosial media platforması “TruthSocial”-da ədəbsiz ifadələr işlədərək bir daha Hörmüz boğazının açılmasını tələb etdi.

“Cebheinfo.az” xəbər verir ki, "Çərşənbə axşamı İranın Elektrik Stansiyası və Körpü Günüdür. Heç biri olmayacaq!!! Boğazı açın, dəli alçaqlar, yoxsa cəhənnəmdə yaşayacaqsınız - SADƏCƏ İZLƏYİN! Allaha həmd olsun", - deyə ABŞ Prezidenti yazıb.

Şənbə günü Tramp Hörmüz boğazının açılmasını tələb edərək, su yolu 48 saat ərzində açılmazsa, "cəhənnəm"lə hədələyib.

İran SEPAH Korpusu da öz növbəsində vəziyyətin daha da gərginləşəcəyi təqdirdə bölgədəki "cəhənnəm qapılarını" düşmənlərinə açacağına söz verib.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr