BAKI, 5 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının bağlı qalacağı təqdirdə İranı "cəhənnəmə çevirəcəyi" ilə bağlı növbəti kəskin xəbərdarlığını edib.
Teleqraf xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" platformasında paylaşım edib.
Tramp gələn həftənin ikinci gününün İrandakı mühüm infrastruktur obyektləri üçün həlledici olacağını qeyd edib:
"İranda çərşənbə axşamı eyni zamanda həm Elektrik Stansiyası Günü, həm də Körpü Günü olacaq. Bunun bənzəri olmayıb!"
ABŞ Prezidenti Tehran rəhbərliyindən boğazın dərhal açılmasını tələb edərək, əks halda ölkənin ağır nəticələrlə üzləşəcəyini vurğulayıb:
"Lənətə gəlmiş boğazı açın, yoxsa cəhənnəmdə yaşayacaqsınız. Sadəcə izləyin! Allaha həmd olsun".