AZ

"Barselona"nın zədəli futbolçularından xəbər var

style='margin-bottom:10px;'>

“Barselona”nın iki zədəli futbolçusunun vəziyyəti açıqlanıb.

QOL.az xəbər verir ki, “Atletiko” ilə oyunda zədələnərək meydanı tərk edən Ronald Arauxo və Mark Bernalın durumu bəlli olub.

Klubun açıqlamasında Arauxonun sol budunda yüngül əzələ zədəsi olduğu bildirilib. Onun vəziyyəti qənaətbəxşdir və Çempionlar Liqasında “Atletiko”ya qarşı növbəti oyuna qədər hazır olacağı gözlənilir.

Mark Bernal isə sol topuğundan zədə alıb. Onun bərpa müddəti hələlik açıqlanmayıb və qayıdışı müalicənin gedişindən asılı olacaq.

Qeyd edək ki, “Atletiko” - “Barselona” oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar Çempionlar Liqasının 1/4 finalında aprelin 8-də yenidən üz-üzə gələcək.

Seçilən
20
1
teleqraf.com

2Mənbələr