AZ

Rusiyanın "Zirkon" hipersəsli raketinin yaradıcısı vəfat edib

Rusiyanın "Zirkon" hipersəsli raketinin yaradıcısı Aleksandr Leonov vəfat edib.

APA-nın Moskva bürosu xəbər verir ki, Leonov 74 yaşında həyatını itirib.

Qeyd edək ki, "Zirkon" (3M22) hipersəsli raketi gəmilər və nüvə sualtı qayıqlar üçün hazırlanıb. O, 8-9 Max sürətinə (saatda 9000 km-dən çox) çata bilər və 1000 km-dən çox məsafədəki hədəfləri vura bilir.

İlkin sınaqlar 2016-2020-ci illər arasında aparılıb və sistem rəsmi olaraq 2023-cü ildə Rusiya Hərbi Dəniz Qüvvələri tərəfindən qəbul edilib.

Seçilən
34
1
apa.az

2Mənbələr