AZ

ADSEA sədri kollektorun çökdüyü ərazidə olub VİDEO

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru  çökməyə məruz qalıb. 

"Unikal" xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov qəza baş verən ərazidə olub. 

ADSEA sədri yaranmış vəziyyətə yerində baxış keçirərək hadisənin daha tez, optimal və təhlükəsiz  şəraitdə aradan qaldırılması ilə bağlı tapşırıqlar verib. 

Qeyd edək ki, bir müddət əvvəl həmin ünvanda evlərin altında qalan 500 millimetrlik çuğun xəttin 100 metr hissəsi polietilen boru ilə əvəzlənərək yeri dəyişdirilib. Qəzalı vəziyyətdə olan evin altında qalan 100 və 150 millimetrlik köhnə polad borular da ləğv edilərək diametri 110 və 160 millimetrlik yeni polietilen borularla əvəz olunub. 

Qəza ehtimalının artması ilə bağlı indiki hadisədən öncə sakinlərə xəbərdarlıq edilib, kollektorun üzərində təmir-tikinti, bərpa işlərinin təhlükəsiz icrası üçün ərazini boşaltmaları  tapşırılıb. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
24
unikal.az

10Mənbələr