AZ

Paşinyanın qızlarına elçi düşdü - VİDEO

Ermənistanda baş nazir Nikol Paşinyan ilə bağlı maraqlı və bir qədər də qeyri-adi hadisə gündəm olub.

Musavat.com xəbər verir ki, Paşinyanın bölgələrə səfəri zamanı orta yaşlı bir qadın ona yaxınlaşaraq gözlənilməz təklif səsləndirib.

Qadın bildirib ki, 3 subay oğlu var və onları evləndirmək istəyir. Bu məqsədlə baş nazirin qızlarına elçi düşmək niyyətində olduğunu deyib:

“Salam, 3 subay oğlum var. Onları evləndirmək istəyirəm. Sizin qızlarınızı evləndirmək istəyiniz varmı?”

Baş nazir isə bu təklifə gülərək reaksiya verib və məsələni fərdi seçim kimi qiymətləndirib:

“Evləndirmək proqramımız yoxdur. Deyirsiniz, oğlunuzun 30 yaşı var, gərək işləsinlər və birini sevib alsınlar. Hökumət nə etsin?”

Paşinyan əlavə edib ki, qızlarından biri hələ azyaşlıdır, digər ikisi isə yetkin olsa da, həyat seçimlərini özləri etməlidir:

“Mən onların yerinə qərar verə bilmərəm”.

Qadın isə cavabında baş nazirə bu təklifi bir daha düşünməyi tövsiyə edib.

Sosial şəbəkələrdə sürətlə yayılan bu görüntülər istifadəçilər tərəfindən həm yumorla, həm də təəccüblə qarşılanıb.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
33
musavat.com

1Mənbələr